Xəbərlər

Orxan Qocayev 3 aya öz arzusuna çatdı!

2017.06.07.

Düz bir il öncə XBODY Azərbaycan komandası KKM Qrup ilə birlikdə, misli görünməmiş layihəni qurmağa qərar verdilər. Realiti şoumuzun çəkilişləri başlayanda, baş qəhrəmanımız Orxan Qocayevin çəkisi 88 kq təşkil edirdi. XBODY Azərbaycan EMS təliminin və düzgün qidalanmanın effektivliyini sübut etmək üçün ona 3 ay ərzində 20 kq çəki itirmək həvalə edilmişdir!

Çəkiliş düz 91 gün davam edib. Bu müddət ərzində 38 EMS təlimi keçirilmiş, 182 litr su içilmiş, 35 ədəd düzgün qidalanma dəstgahı yeyilmiş, saysız hesabda İnternet MB-ı sərf edilmiş, lakin ən əsası isə 25 kq artıq çəkinin itirilməsinə nail olmuşdur! Bu öncədən qoyulan məqsəddən düz 5 kq. artıq əldə olunan nəticədir!

XBODY Azərbaycan komandası şəxsi təlim planı tərtib etmiş, dietoloqlar pəhrizə düzəliş etmiş, KKM Qrupun operatorları isə ən maraqlı anları çəkərək qəhrəmanı hər yerdə izləmişlər!

Nəhayət, biz sizinlə qarşımıza qoyduğumuz vəzifələrin bütün mürəkkəbliyini və qazandığımız nəticələrin sevincini bölüşməyə hazırıq!

XBODY Azərbaycanın bütün internet resurslarında May ayının 22-ni qaçırmayın!

www.youtube.com/channel/UCfBuxu76Trr2FLh3wHP13JQ

 

www.facebook.com/XBodyAzerbaijanOfficial/

 

www.instagram.com/xbody_azerbaijan_official/


 

 


Şəkil qalereyası