Xəbərlər

Professional idmançıların seçimi «XBODY Azerbaijan»

2016.09.16.

 

Sirr deyil ki, bir çox professional idmançılar bədən formasını saxlamaq və dözümlülüyü artırmaq üçün EMS məşqlərinə üz tuturlar.
Çox sevindirici haldır ki, Azərbaycan idmançıları da “XBODY Azərbaycan” studiyalarında keçirilən məşqlərə böyük maraq göstərir və EMS məşqlərinin təsirini, ən əsası isə qısa müddət ərzində verdiyi nəticələri qeyd edirlər.
Bu yaxınlarda “XBODY Azərbaycan” komandası iki fəal gənc idmançını qonaq etdi. Gənc yaşda olmaqlarına baxmayaraq, oğlanların uğurları valeh edir!
Malkin Mixayıl, Akrobatika üzrə idman ustası, 12 qat Azərbaycan Respublikasının çempionu, çoxsaylı dünya çempionatlarının və turnirlərinin iştirakçısı.
Qızıl medal, Ukrayna Vinniça 2012 – cı il
Qızıl medal, Ukrayna Vinniça 2013 – cü il
Bürünc mükafatçısı, Rusiya Krasnodar 2008 –ci il
Bürünc mükafatçısı, Rusiya Stavropol 2009 –cu il
Bürünc mükafatçısı, Rusiya Stavropol 2011 –ci il
Dünya çempionatı finalında 6 –cı yerin sahibi, Rusiya Piter 2009 –cu il
Dünya çempionatı finalında 7 -ci yerin sahibi, İngiltərə Birmingem 2011 –ci il
Dünya çempionatı finalında 8 –ci yerin sahibi, Bolqarıstan Sofiya
2016 Avropa çempionatının final mərhələsində 8 –ci yerin sahibi
Seymur Cəfərov, Akrobatika üzrə idman ustası, 5 qat Azərbaycan Respublikasının çempionu, akrobatika üzrə dünya çempionatlarının və turnirlərinin iştirakçısı.
Qızıl medal, Rusiya Volqoqrad 2012 –ci il
Gümüş mükafatçısı, Ukrayna Vinniça 2013 – cü il
Dünya çempionatında 2 –ci yerin sahibi , Çin Putian 2016 –cı il
Beynəlxalq turnirdə 2 –ci yerin sahibi, Rusiya Novqorod 2015 –ci il
Beynəlxalq turnirdə 2 –ci yerin sahibi Qazaxstan Pavlodar
Avropa çempionatında 2 –ci yerin qalibi, Almaniya Riza
Beynəlxalq turnirdə Bürünc mükafatçı, Bolqariya Varna 2015 –ci il
Beynəlxalq turnirdə 4 –cü yerin sahibi, Belarusiya Minsk 2014 –cü il


 

 


Şəkil qalereyası