XBODY Azerbaijan

 

XBODY Azerbaijan 1
K. Səfərəliyeva küçəsi, 16X
Tel.: +994 12 496 80 61
        +994 55 888 18 18

 

 

 

 

      


Yelena Əhmədova - Otüstü Hokkey üzrə idman ustalığına namizəddir. Azərbaycan Milli Qadın Yığma Komandasında çıxış edib. Çoxsaylı Avropa və Dünya turnirlərinin iştirakçısı. Avropa çempionatının mükafatçısı və Azərbaycan çempionu. Hal-hazırda Yelena EMS (Elektro Əzələ Stimullaşdırılması) üzrə sertifikatlaşdırılmış təlimatçıdır.


Emil Məmmədov – Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının məzunu. Professional idmançı, 2008 və 2009 illər Futzal üzrə Azərbaycan çempionu. Futzal üzrə çoxsaylı beynəlxalq turnirlərin və Avropa çempionatının seçmə turlarının iştirakçısı və həmçinin yaxın zamana qədər Futzal U-21 üzrə Azərbaycan Olimpiya yığma komandasının üzvü olub.

 

 

XBODY Azerbaijan 2
İzmir küçəsi, 7А
Тел.: +994 12 538 29 72
        +994 55 888 28 28

 
   

 

      

 

Lubov Qaluşko – voleybol üzrə İdman Ustalığına Namizəd. Avropa üzrə voleybol EEVZA çempionatında gümüş mükafatçı, voleybol üzrə Azərbaycan Respublikasının dörd qat çempionu. 2009-cu ildə Bakıda keçirilən 21-ci Spartakiada Oyunlarında Dördnövlük üzrə bronz medal sahibi. 2012-ci ildə Bakı Çimərlik Voleybol Kubokunun bronz, 2014-cü ildə isə qızıl mükafatçısı. Voleybol, çimərlik voleybolu, basketbol üzrə çox saylı turnirlərin iştirakçısı.

 

Sabir Mahmudov - Azərbaycan Respublikası Bədən Tərbiyəsi və İdman Akademiyasını qırmızı diplomla bitirimişdir. Gənclər və İdman Nazirliyi tərəfindən Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş İdman Gullə Atıcılığı üzrə turnirinin gümüş mükafatçısıdır.
Taekvondo üzrə 1-ci dərəcəli, güllə atıcılığı üzrə isə 2-ci dərəcəli idman hakimdir. 2013-cü ildə Yunanıstanın Olimpiya şəhərində keçirilən Beynəlxalq Olimpiya Akademiyasının 53-cü toplantısında Azərbaycanı təmsil edən ilk iştrakçılardan biri olub.
Taekvondo üzrə qara kəmər sahibidir. Karate və kikboksinq ilə peşəkar məşğul olub. 2012-ci ildən bu günə qədər bodibildinq və fitnes idman növləri ilə məşğul olur.

 

 


 

 

 

 

 

 

 

 


 

 


Şəkil qalereyası